İsraildə sərnişin avtobusu partladıldı

İsraildə sərnişin avtobusu partladıldı
  23 Dekabr 2013    Oxunub:927
Faciənin qarşısı alına bilib.
Avtobus partlayan zaman onun içində sərnişin olmayıb.
İsrailin Təl-Əviv şəhərinin yaxınlığında yerləşən Bat-Yam şəhərində sərnişin avtobusu partlayıb. AzVision.az rusiya mətbuatına istinadən xəbər verir ki, avtobus partlayan zaman onun içində sərnişin olmayıb.

Belə ki, partlayıcı maddə öncədən aşkar edildiyindən təcili surətdə sərnişinlər bayıra çıxarılıb.

Hadisə yerinə gələn mütəxəssislər partlayıcı maddəni zərərsizləşdirən zaman avtobus partlayıb. İsrail hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Təl-Əvivdə növbəti teraktın qarşısı alınıb.

Xatırladaq ki, bu ilin noyabrında Təl-Əvivin mərkəzində, Şaul Xa-Mələk küçəsində avtobusun partlaması nəticəsində 21 nəfər xəsarət almışdı.


Teqlər:





Xəbər lenti