Tatlısəsdən Rza Zərraba dəstək

Tatlısəsdən Rza Zərraba dəstək
  22 Dekabr 2013    Oxunub:1096
İbrahim Tatlısəs Rza Zərraba dəstək verdi.“Kiməsə özünü acındırmaq Rzanın tərzi deyil”.
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəs Türkiyədəki “korrupsiya və rüşvət” əməliyyatı zamanı həbs edilən Rza Zərraba öz dəstəyini ifadə edib. Müğənni bu dəstəyi özünün twitter səhifəsində paylaşıb.

Zərrabın xərçəng xəstəliyinə də toxunan Tatlısəs bunları yazıb: “Rza Zərrab mənim çox əhəmiyyətli bir dostumdur. Və mən bunu hər dəfə söyləyəndə qürur hissi keçirirəm. Zərrabın xərçəng xəstəliyinə tutulması doğrudur. Biz bu məsələ ilə bağlı onun həbs edilməsindən iki gün öncə telefonla söhbət etmişdik. O mənə öz xəstəliyi barədə məlumat verdi və mən də bildirdim ki, böyüdüləcək bir şey yoxdur. Kiməsə özünü acındırmaq Rzanın tərzi deyil. O mənim can yoldaşımdır.”


Teqlər:  





Xəbər lenti