AzVision.az xəbər verir ki, ABŞ-nin Mayami şəhərində `Robotics Challenge`, ən yaxşı androidin seçilməsi müsabiqəsinin 2-ci turu keçirilir. Burada ABŞ, Çin, Almaniya, Yaponiya və Cənubi Koreya robotlarını 8 tapşırıq gözləyir. Bu tapşırıqların sayəsində androidlərin insanlara nə qədər xeyirli ola biləcəyi müəyyənləşir.
Tapşırıqlarda robotları qapı açmaq, divarlarda mismarla deşik açmaq və hətta maşın sürmək kimi sınaqlar gözləyir.
Müsabiqənin qalibinə isə 2 milyon dollarlıq çek nəzərdə tutulub.