ABŞ-də qasırğa: ölən və yaralananlar var

ABŞ-də qasırğa: ölən və yaralananlar var
  22 Dekabr 2013    Oxunub:1113
ABŞ-ın mərkəzi və cənub regionlarında qasırğa nəticəsində 2 nəfər ölüb, təxminən beş nəfər xəsarət alıb. AzVision.az xəbər verir ki, bu barədə Assoşieyted Press agentliyi bazar günü məlumat verir.

Agentliyinin məlumatına görə, bir nəfər Missisipi ştatının şimalında onun furqonu güclü küləyin təsirindən aşması nəticəsində həlak olub. Daha bir nəfər isə Missisipi ştatının cənub-şərqində avtomobili yola düşmüş ağaca çırpılaraq, ölüb.

On minlərlə insan hazırda işıqsız qalıb. Təbii fəlakət 20-yə yaxın evi dağıdıb.


Teqlər:





Xəbər lenti