Davudoğlu: "Türkiyə İranla əlaqələri daha da gücləndirəcək"

Davudoğlu: "Türkiyə İranla əlaqələri daha da gücləndirəcək"
  22 Dekabr 2013    Oxunub:977
"Türkiyə-İran əlaqələri çox yaxşı və qardaşlıq münasibətləri çərçivəsindədir". AzVision.az «Mehr» xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə İranla əlaqələrini daha da gücləndirəcək.

Ə.Davudoğlu dekabrın 18-də Pakistanda keçirilən «D-8» ölkələri Nazirlər Şurasının XVI toplantısı çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünə də toxunub: «Biz bütün mövzuları müzakirə etdik. Xüsusilə də ikitərəfli əlaqələr, bölgənin vəziyyəti, Suriya böhranı başda olmaqla İslam dünyasındakı problemlər, qlobal məsələlər, Türkiyə rəsmilərinin İrana səfərləri və İran prezidentinin Türkiyəyə həyata keçirəcəyi səfəri haqqında fikir mübadiləsi apardıq».

Bu arada Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Tərəflər müxtəlif məsələlərlə yanaşı, İranla «altılıq» ölkələri arasında keçirilən nüvə müzakirələri ilə bağlı da fikir mübadiləsi aparıblar.


Teqlər:





Xəbər lenti