Sudanda ABŞ hərbi təyyarəsi atəşə tutulub

  22 Dekabr 2013    Oxunub : 414
Sudanda ABŞ hərbi təyyarəsi atəşə tutulub
Cənubi Sudanda ABŞ-a məxsus iki hərbi təyyarə atəşə tutulub. AzVision.az xəbər verir ki, Sky News telekanalının məlumatına əsasən, insident nəticəsində 3 amerikalı hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən həftə Cənubi Sudanda keçmiş vitse-prezident Riyekka Maşar Teninin tərəfdarları tərəfindən uğursuz dövlət çevrilişinə cəhd olub.

“Sky News”un məlumatına görə, hərbi təyyarələr ABŞ vətəndaşlarını təxliyə etmək məqsədilə üsyançıların nəzarətində olan Bor şəhərində eniş edərkən atəşə tutulub.

Atəşə tutulduqdan sonra təyyarələr dərhal havaya qalxaraq Uqandanın paytaxtı Kampala şəhərinə yollanıb. Yaralı ABŞ hərbçiləri buradan Keniyanın paytaxtı Nayrobiyə yola salınıb.

Teqlər: