Jurnalistlər üçün ən qorxulu ölkələr

  21 Dekabr 2013    Oxunub : 460
Jurnalistlər üçün ən qorxulu ölkələr
Suriyada 19 mətbuat nümayəndəsi döyüş meydanında vəzifə borclarını yerinə yetirərkən həlak olub
Bu il dünyada 126 jurnalist həlak olub. Jurnalistlər üçün Suriya ən qorxulu ölkə hesab edilib.

Bu barədə Beynəlxalq Xəbərlər Agentliyi İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, 2012-ci ildə 147 jurnalist öldürülsə də, bu il itkin düşən jurnalistlərin sayı daha çox olub.

Cari ildə Suriyada 19 mətbuat nümayəndəsi döyüş meydanında vəzifə borclarını yerinə yetirərkən həlak olub. Girov götürülmüş 18 xarici və 20 suriyalı jurnalist barədə hələ də məlumat yoxdur.

Suriyadan sonra Filippin və Hindistan təhlükəli ölkələr hesab olunur. Hər iki ölkədə 13 jurnalist həyatlarını itirib.

İraqda da 13 jurnalist öldürülüb. Jurnalistlər üçün ölkənin ən qorxulu şəhəri hesab olunan Mosulda 7 jurnalist həlak olub.

Pakistanda həyatlarını itirən jurnalistlərin sayı 9 nəfərə çatıb.

S.Həsənova


Teqlər: