Türkiyədə 3 azərbaycanlı həbs edildi

Türkiyədə 3 azərbaycanlı həbs edildi
  20 Dekabr 2013    Oxunub:1083
Türkiyənin Qaziantep şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində qadın alveri ilə məşğul olan dəstə saxlanılıb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbərə verir ki, əməliyyat bir neçə qadının zorla fahişəliyə cəlb olunması ilə bağlı polisə müraciətindən sorna həyata keçirilib.

Belə ki, fahişəliyə cəlb olunan qadınlar Qaziantep Polis İdarəsinə müraciət edərək sənədlərinin əlllərindən alındığını və zorla fahişəliyə cəlb olunduqlarından şikayət ediblər.

Əməliyyatlardan sonra 7 nəfər saxlanılıb ki, bunlardan 3-ü azərbaycanlıdır. Saxlanılan azərbaycnalılardan Samirə, Kamilə və Turanə adlı xanımların üzərində həmçinin narkotik maddə aşkar edilərək götürülüb.
Xanım polislər Samirə adlı azərbaycanlının cinsiyyət orqanından 67 ədəd narkotik həb tapıblar. Saxlanılar azərbaycanlı xanımlar “Cinayət törətmək məqsədilə qruplaşma yaratmaq”, “Qruplaşmaya üzv olmaq”, “Qruplaşma daxilində fahişəliyə vasitəçilik etmək”, “Fahişəliyə məcbur etmək” və “Fahişəlikdən maddi gəlir əldə etmək”də ittiham olunaraq barələrin cinayət işi açılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti