Şimal Koreya cənubu yenidən hədələdi

Şimal Koreya cənubu yenidən hədələdi
  20 Dekabr 2013    Oxunub:1120
Şimali Koreya komandanlığı Cənubi Koreyaya xəbərdarlıq etmədən zərbə endirə biləcəyini bildirib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Şimali Koreya Dövlət Müdafiə Şurası Cənubi Koreya hökumətinə göndərdiyi faksda qonşusunu genişmiqyaslı zərbələr endirməklə hədələyib.

Buna səbəb Cənubi Koreyanın paytaxt Seul da daxil olmaqla bir çox şəhərlərində Şimali Koreya lideri Kim Sen İrin vəfatının ikinci il dönümü ilə bağlı keçirilən etiraz mitinqlərinə onun portretinin yandırılmasıdır. Bundan əlavə cənublu koreyalılar sosialist respublikanın bayrağını da yandırıblar.

Şimali Koreya rəhbərliyi bunu “mənəviyyatsızlığın ən yüksək zirvəsi” kimi qəbul edib.

Öz növbəsində Cənubi Koreya “Şimali Koreya öz təxribatlarını davam etsə, sərt şəkildə cəzalanacaq”, – deyə cavab faksı yollayıb.

Xatırladaq ki, 1953-cü ildən bəri Koreya yarımadasında ideoloji səbəblərdən iki Koreya dövləti yaranıb. Sərt diktaturanın hökm sürdüyü Şimali Koreyada sosialist, dünyanın inkişaf etmiş 19 ölkəsindən biri sayılan Cənubi Koreyada isə seçkili demokratiyaya əsaslanan kapitalizm hökm sürür.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti