Həbsdən buraxılan iş adamı danışdı

Həbsdən buraxılan iş adamı danışdı
  20 Dekabr 2013    Oxunub:1014
İstanbulda rüşvət əməliyyatı zamanı saxlanılanlardan iş adamı Emrullah Turanlı azadlığa buraxılıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında barəsindəki ittihamların əsassız olduğunu bildirib.

“Cahilcə hazırlanmış, məntiqsiz, tamamilə iftira olan bir işdir. Zalımların zülmü müddətlidir. Əgər insanın ömrünün sonuna qədər zülm edə biləcəklərsə, yenə müddətlidir. Bu zülmü edən, planlaşdıran, etməyə çalışan və ya etdirən gec-tez bunun hesabını verəcək. Bu millətə edilən haqsızlıqlara, haqsızlıq edənlərə lənət olsun”, - iş adamı deyib.

Emrullah Turanlı bildirib ki, həbsdə olduğu müddətdə ondan əraziləri üçün icazə almaq məqsədilə görüşdüyü adamlarla bağlı suallar veriblər.


Teqlər:





Xəbər lenti