Ermənilərin vəziyyəti düzələsi deyil

Ermənilərin vəziyyəti düzələsi deyil
  13 Mart 2013    Oxunub:1360
Ermənistanın Maliyyə Nazirliyi kasıbçlıqdan gileylənir.
Ermənistanda 12 ildən sonra da əhalinin vəziyyətində heç bir dəyişiklik olmayacaq, kasıblığın səviyyəsi elə indiki rəqəmlə - 33.5 faizlə də ifadə olunacaq. Bu bəyanatı ölkənin Maliyyə nazirliyi yayıb. Nazirliyin 2012 -2025-ci il strateji maliyyə planına dair hesabatında bildirilib ki, 2009-cu ildən bəri kasıblığın səviyyəsinin daha sürətlə artımı müşahidə olunur. 2010-cu ildə bu rəqəm maksimal həddə - 35.8 faizə çatıb, növbəti illərdə isə cəmi 1 faiz azalıb. Erməni nazirliyinin proqnozuna görə kasıblığın səviyyəsini göstərən bu rəqəm elə 2025-ci ilədək də stabil qalacaq.

Bu həqiqəti sadə ermənilər də etiraf edirlər. Gorusda yaşayan ermənilər artıq gələcəklərinə inamlarını da itiriblər. Gorus sakinləri deyir: "Gözümü açandan bu kasıblığın içindəyəm. Mən bu dünyadan köçəndə nə deyib köçəcəyəm. Nə gördüm, Bədbəxtlik, kasıblıq. İndi də övladlarıma bunu miras qoyub gedəcəyəmm...İnanıram ki başqa heç bir ölkədə bizi kimi yaşamırlar. Qonşular bir-birimizə kömək də edə bilmirik. Deyim ki bir neçə nəfər yoxsuldur? Xeyr bütün kənd, rayon bu vəziyyətdədir".

İrəvan ətrafı rayonların sakinləri də məhvə doğru getdiklərini bildirirlər. Qeyd edək ki, beynəlxalq təşkilatlar Ermənistanda yoxsulluq göstəricisini (33.5%) sadəcə yoxsulluq deyil, ifrat yoxsulluğun göstəricisi adlandırıblar.

AzVison.az


Teqlər:  





Xəbər lenti