Obama ailəsindən şikayətləndi

Obama ailəsindən şikayətləndi
  19 Dekabr 2013    Oxunub:883
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama “People” jurnalına müsahibə verib.

Prezident həyat yoldaşı Mişel, qızları 15 yaşlı Maliya və 12 yaşlı Saşanın onu “təklədiyini” bildirib.

“Ailədə azlıqda qalmaq, tək kişi olmaq çox çətindi. Onların hər biri özünəməxsus, güclü və hündür qadınlardır. Bir yerə toplaşanda onlar mənim necə geyinməyim yaxud yüksək səslə danışmağımla bağlı zarafatlar edirlər”.

Birinci ledi Mişel Obama isə həyat yoldaşının rəsmi suallar verməsi ilə bağlı qızları Maliyanın öz dostlarını Ağ Evə gətirməyə çəkindiyini jurnalistlərə etiraf edib.

“Lakin mən özümü yaxşı apardım və qızımı çətin vəziyyətdə qoymadım” – deyə Obama özünə haqq qazandırıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti