Qondarma `Qarabağ` da danışıqlara qoşula bilər

Qondarma `Qarabağ` da danışıqlara qoşula bilər
  18 Dekabr 2013    Oxunub:1141
İqor Popov: “Müəyyən mərhələdə “Qarabağ” danışıqlar prosesinə qayıtmalıdır”
Xankəndində səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bəyan edib ki, “Dağlıq Qarabağ Respublikasının” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinə cəlb olunmalıdır.

AzVision.az bu barədə “Azadlıq” radiosunun erməni dilində yayımlanan bölməsinə istinadən xəbər verir.

“Dağlıq Qarabağ” lideri Bako Saakyan və “xarici işlər naziri” Karen Mirzəyanla təxminən 2 saat davam edən görüşdən sonra İ. Popov həmsədrlərin Bako Saakyanla görüşünün əslində Qarabağın hazırki prosesə cəlb olunması kimi izah edib.

“Həmsədrlərlə Saakyanın görüşü elə tərəflərin görüş zamanı toxunduqları mövzuların müzakirəsində iştirak etməsi deməkdir. Biz hesab edir ki, Dağlıq Qarabağ müəyyən mərhələdə prosesə geri qayıtmalıdır. Çünki, söhbət ilk növbədə burada yaşayan insanlardan gedir. Biz ehtimal edirik ki, münaqişənin həlli ilə bağlı əsas prinsiplər üzərində işlər yekunlaşdıqdan sonra, “Qarabağın” danışıqlar masası ətrafına qayıtması müzakirə oluna bilər” – deyə Popov bildirib.

Cəbhə xəttində atəşkəsin tez-tez pozulması hallarına və atəşkəsə riayət olunması barədə nəticəsiz çağırışlara münasibət bildirən Popov, bu məsələlərin də müzakirə olunduğunu, amma heç də hər şeyin arzuolunan səviyyəyə çatmadığını etiraf edib. “İtkilərin azalmasına baxmayaraq, yenə də ölənlər var, bu isə çox ağrılı bir haldır”, – deyə diplomat əlavə edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağa səfəri davam edir. Bu gün həmsədrlərin“Dağlıq Qarabağın Müdafiə Nazirliyində” görüşü nəzərdə tutulub. Gözrüşdə cəbhə xəttindəki vəziyyət və onun stabilləşdirilməsi yolları müzakirə olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti