Cənubi Sudan müharibə astanasında

Cənubi Sudan müharibə astanasında
  18 Dekabr 2013    Oxunub:1288
Son iki gün ərzində baş verən toqquşmalarda 500 nəfər həlak olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi çevrilişə cəhd zamanı baş verən toqquşmalarda 500 nəfər həlak olub, 800 nəfər xəsarət alıb.

Ölkə prezidenti Salva Kiiranın devrilməsi məqsədilə qiyam qaldıran qüvvələr hökumət qoşunlarının müqaviməti ilə üzləşiblər. Çevrilişə cəhdlə bağlı 10 siyasi xadim həbs olunub. Mətbuat qarşısında çıxış edən Cənubi Sudan prezidenti Silva Kiira hadisənin arxasında keçmiş köməkçisi Rieka Maçarın dayandığını iddia edib. Artıq 20 mindən çox sudanlının qaçqın düşdüyü bildirilir.

Hadisə ilə bağlı toplanan BMT Təhlükəsizlik Şurası Cənubi Sudanda vətəndaş müharibəsi təhlükəsinin yarandığını bildirib. Buna əsas səbəb, ölkədə mövcud iki ən böyük tayfa- dink və nuera tayfaları arasında arasında illərdir davam edən mübarizədir. Belə ki, hazırki prezident Kiira dink, çevrilişdə günahlandırılan Maçar isə nuera tayfasındandır.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti