Türkiyədə 5 polis rəisi işdən çıxarıldı

Türkiyədə 5 polis rəisi işdən çıxarıldı
  18 Dekabr 2013    Oxunub:1120
Türkiyədə qanun pozuntusunda təqsirli bilinən iş adamlarının ötən gün saxlanılmasından sorna 5 polis rəisi işdən çıxarılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Maliyyə şöbəsinin rəisi Yaqub Sayqılı, Qaçaqmalçılıq və Mütəşəkkil Cianyətkarlıq Şöbəsinin müdiri Nəzmi Ardıc və İctimai Asayiş şöbəsinin müdiri işdən çıxarılıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında İstanbul prokurorluğunun keçirdiyi əməliyyat zamanı 84 nəfər rüşvət və qaçqmalçılıqda ittiham olunaraq saxlanılıb. Onların arasında Türkiyənin tanınmış iş adamları, nazirlərin övladları və azərbaycanlı iş adamı Rza Zərrab da olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti