Əhmədinejatın “fotoşop qalmaqalı” - FOTO

 Əhmədinejatın “fotoşop qalmaqalı” - FOTO
  13 Mart 2013    Oxunub:2225
İran prezidenti Mahmud Əhmədinejatın Venesuela lideri Uqo Çavesin dəfn mərasimində anası Elena Friası qucaqlıyaraq təsəlli verdiyi fotolar din adamlarının sərt reaksiyası ilə üzləşib.
Dini lider Məhəmməd Tacinin “Gənc ya da yaşlı olsun, naməhrəm qadının əlini sıxmaq istənilən halda haramdır” sözləri ilə başlayan müzakirəkəri unutdurmaq istəyən Əhmədinejat tərəfdarları isə maraqlı üsula əl atıblar. Belə ki, Çavesin dəfnində çəkilən fotonun saxta olduğunu sübut etməyə çalışan prezident tərəfdarları başqa bir fotonu işıq üzünə çıxarıblar. Tərəfdarlar fotoda yaşlı bir adamla əl-ələ görüntülənən Əhmədinejatın Friası deyil, Çavesin əmisini qucaqladığını iddia edib. Ancaq qısa müddət sonra “əminin” əslində BMT nüvə agentliyinin sabiq rəhbəri Məhəmməd Əl Baradeyi olduğu ortaya çıxıb. Digər maraqlı nüans isə, Baradeyin əsl fotoda salamlaşıb, qucaqlaşdığı şəxsin Əhmədinejatın rəqibi, parlament spikeri Əli Laricaci olmasıdır.

Tərəfdarların “fotoşop qalmaqalı” qısa müddətdə ortaya çıxıb. Naməhrəm fotoya görə artıq prezidentdən üzr istəyən “Entekhab” internet saytı da bu hadisədən sonra üzrünü geri götürüb və hadisəni sərt tənqid edib.



Teqlər:  





Xəbər lenti