Qohumlar arasında dava: 2 ölü, 5 yaralı var

  15 Dekabr 2019    Oxunub : 2773
Qohumlar arasında dava: 2 ölü, 5 yaralı var
Türkiyədə qohumlar arasında ölümlə nəticələnən münaqişə olub.
Azvision.az xəbər verir ki, hadisə Şanlıurfa vilayətinin Suruç rayonunda baş verib. Əmi uşaqlarının pul üstündə başlayan davası qanla bitib.

Tərəflərin silahdan açdığı atəş nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Türkiyə   Dava