Gürcülər Türkiyəyə qarşı çıxdı

Gürcülər Türkiyəyə qarşı çıxdı
  13 Mart 2013    Oxunub:1422
Gürcüstanın Batumi şəhərində Türkiyə əleyhinə etiraz aksiyası təşkil olunub.
Mitinqdə iştirak edənlərin başlıca tələbi türklərə satılmış torpaqların geri alınması və inşasına başlanılan məscidin tikintisinin dayandırılmasıdır. Aksiyaya qatılan gürcülər türklərə verilən imkanlara görə hökuməti ittiham ediblər.

Onlar bildiriblər ki, rəsmi Tiflisin Ankara ilə həddən artıq sıx münasibəti və ölkənin müxtəlif sahələrinə türk iş adamlarının vəsaitlər yatırması müsbət sonluqla nəticələnməyəcək.

Bunu Türklərin istilası kimi qələmə verən millətçi gürcü gəncləri mitinqlərini davam etdirəcəklərini bəyan ediblər. Məlumat üçün bildirək ki, Gürcüstan məhz Türkiyə ilə ən böyük ticarət dövriyyəsinə malikdir. Bu rəqəm ildə 1.5 milyard dollar təşkil edir.


Teqlər:





Xəbər lenti