Daha 5 əsgər öldü

 Daha 5 əsgər öldü
  13 Mart 2013    Oxunub:1651
Bu son 3 ildə hərbi düşərgəyə edilən ilk silahlı hücum nəticəsidir.
Hadisə Hindistanda, Kəşmirdə baş verib. BBC-nin məlumatına görə naməlum silahlı şəxslər hərbi düşərgəyə hücum ediblər. Onlardan biri Srinagar məktəbiin yaxınlığında atdığı qumbara ilə Hindistan təhlükəsizlik qüvvələrinin 5 əsgərini öldürüb.

Yerli polisin məlumatına görə insident zamanı daha 2 silahlı öldürülüb, aralarında 3 mülki şəxs olmaqla azı 5 nəfər yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, bölgə 1989-cu ildən bəri Hindistanın dövlət qayda-qanunlarına qarşı çıxır. Son zamanlar isə vəziyyət daha da gərginləşib.


Teqlər:  





Xəbər lenti