Messi 6-cı dəfə “Qızıl top”u qazandı

 Messi 6-cı dəfə “Qızıl top”u qazandı
  03 Dekabr 2019    Oxunub:3922
“France Football” jurnalı tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibi məlum olub.
Azvision.az xəbər verir ki, bu il “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi layiq görülüb.

O, səsvermə nəticəsində “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Liverpul"un müdafiəçisi Virgil van Deykı qabaqlayıb.

Qeyd edək ki, indiyədək Lionel Messi 6, Kriştiano Ronaldo isə 5 dəfə “Qızıl top”a sahib olub.

Azvision.az



Teqlər: “Qızıltop”   Messi  





Xəbər lenti