Yurçeviçin məğlubiyyət şərhi: “Razı deyiləm”

Yurçeviçin məğlubiyyət şərhi:    “Razı deyiləm”
  20 Noyabr 2019    Oxunub:2176
“Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Ancaq bu qələbə onlara final mərhələsinə yüksəlmək üçün kifayət etmədi və Slovakiya millisi buna nail olmaq üçün Millətlər Liqasında mübarizə aparacaq”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Avro-2020"nin seçmə mərhələsində Slovakiyaya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi görüşlə bağlı təəssüratlarını bölüşüb: "Oyundan əvvəl keçirilən mətbuat konfransında da qeyd etdiyim kimi, komandamızda xeyli problemlər var idi. Zədəli futbolçulardan başqa, fasilədə Eddi İsrafilov əvəzlənməsini istədi. Əvəzində Elvin Camalov meydana daxil oldu və pis təsir bağışlamadı. Birinci hissədə topa nəzarət edə bilmirdik. Ancaq fasilədən sonra daha yaxşı oynadığımızı düşünürəm. Hətta bir epizodda hesabı bərabərləşdirməyə yaxın olduq. Təəssüf ki, həmin anda şansımızdan istifadə edə bilmədik. Əvəzində qapımızdan ikinci topu buraxdıq. Təbii ki, seçmə mərhələni 1 xalla başa vurmağımızdan mən də razı deyiləm. Ancaq qeyd etməliyəm ki, bu seçmə mərhələdə bir neçə gənc futbolçuya oynamaq imkanı yaratdıq, keyfiyyətli rəqiblərlə qarşılaşdıq”.

Azvision.az



Teqlər: NikolaYurçeviç  





Xəbər lenti