Maurissio istefaya göndərildi

Maurissio istefaya göndərildi
  20 Noyabr 2019    Oxunub:2351
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurissio Paçetino istefaya göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Maurissionun istefası komandanın son vaxtlar uğursuz çıxışları ilə əsaslandırılıb.

Qeyd edək ki, Maurissio Paçetino 2014-ci ildən “Tottenhem”in baş məşqçisi olub. Klub onun rəhbərliyi ilə ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Azvision.az



Teqlər: Tottenhem  





Xəbər lenti