Ölkədə zəhərlənmə halları qeydə alınıb

Ölkədə zəhərlənmə halları qeydə alınıb
  14 Dekabr 2013    Oxunub:1426
Dəm qazından, dərmandan və kimyəvi məhluldan zəhərlənmə halları qeydə alınıb.
AzVision.az xəbər verir ki, Sumqayıt şəhər sakini Mərziyə Əfəndiyeva, Mehdiabad qəsəbə sakini Mətanət Babayeva dərmandan, Sumqayıt şəhər sakini Zülfiyyə Əsədova isə kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Xırdalan şəhər sakini Şamil Ələsgərov, Gəncə şəhər sakini Həcər Rəhimova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Astara rayonunda yaşayan Səmayə Kərimova, qohumları Naraz İracova, Rahilə Məmmədova və Gülarə Məmmədova da dəm qazından zəhərlənmə ilə xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti