Azərbaycan millisi Uelsə məğlub oldu - Yenilənib

  16 Noyabr 2019    Oxunub : 3631
Azərbaycan millisi Uelsə məğlub oldu - Yenilənib
Bu gün futbol üzrə Azərbaycan millisi "Avro-2020"nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbəri olduğu milli komanda 9-cu turda Uels yığması ilə qarşılaşıb. "Bakcell Arena" stadionunda keçirilən görüş Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, indiyədək Azərbaycan və Uels yığmaları 7 dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri heç-heçə ilə başa çatıb. Digər oyunların hamısında Uels komandası qələbə qazanıb.

Azvision.az

Teqlər: Avro-2020   Milli   Uels