Yeniyetmə cüdoçumuz Avropa kubokunun finalında

  16 Noyabr 2019    Oxunub : 1114
Yeniyetmə cüdoçumuz Avropa kubokunun finalında
Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku start götürüb.
Azvision.az xəbər verir ki, ölkəmizi qitə turnirində Nurlan Kərimli, Hüseyn Allahyarov (hər ikisi 50 kq), Samir Piriyev (55 kq), Aydın Rzayev (60 kq), Elnur Qasilov (66 kq), Nahid İsmayılov (73 kq) və Əlirza Şıxəlizadə (81 kq) təmsil edirlər.

Yarımfinala qədər uğurla irəliləyən cüdoçumuz Nurlan Kərimli erməni əsilli Ukrayna təmsilçisi Hahik Martirosyana qalib gələrək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi yarımfinalda cüdoçumuz Hüseyn Allahyarovu məğlub edən italiyalı idmançı Pietro Andreini olacaq. H.Allahyarov isə bürünc medal uğrunda yarışacaq.

Komandamızın daha bir üzvü Aydın Rzayev də üçüncü yer uğrunda mübarizə aparacaq.

Azvision.az

Teqlər: Cüdo   Yarış   Final