Futzal millimizin rəqibləri müəyyənləşib

Futzal millimizin rəqibləri müəyyənləşib
  07 Noyabr 2019    Oxunub:1656
Bu gün 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, millimizin də rəqibləri müəyyənləşib. Yığmamız Rusiya, Xorvatiya və Slovakiya ilə mübarizə aparacaq. Qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Qeyd edək ki, mundialın final mərhələsi Litvada təşkil olunacaq.

Azvision.az



Teqlər: Futzal  





Xəbər lenti