“Azərbaycan” komandası Çorum Olimpiadasının qalibi oldu

  05 Noyabr 2019    Oxunub : 996
 “Azərbaycan” komandası Çorum Olimpiadasının qalibi oldu
16 yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.
Azvision.az xəbər verir ki, Olimpiadanın sonuncu turunda Çin yığması ilə qarşılaşan komandamız qalib gələrək turnirin çempionu adını qazanıb.

Sonuncu görüşdə şahmatçılarımızdan Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə ediblər.

Qeyd edək ki, ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlının rəqibinə qalib gəlməsi komandamızın qələbəsini təmin edib. Beləliklə, xallarının sayını 16-ya çatdıran “Azərbaycan” komandası xallarının sayını 16-ya çatdıraraq, Rusiya, Çin, Ukrayna kimi şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Azvision.az

Teqlər: Şahmat   Çempion   Azərbaycan