Azərbaycan-Çexiya oyununu italiyalı hakimlər idarə edəcək

Azərbaycan-Çexiya oyununu italiyalı hakimlər idarə edəcək
  04 Noyabr 2019    Oxunub:1362
Qadın futbolçular arasında “Avro 2021”in seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Çexiya oyununa hakim təyinatları açıqlanıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Maria Marotta olacaq. Ona Franseska Di Monte və Tiziana Trasciatti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Silvia Gasperotti yerinə yetirəcək.

Azərbaycan-Çexiya oyunu noyabrın 7-də “ASCO Arena”da keçiriləcək.

Azvision.az



Teqlər: AFFA   Hakim   Oyun  





Xəbər lenti