Biləsuvarda yardımçı təsərrüfata basqın edilib

Biləsuvarda yardımçı təsərrüfata basqın edilib
  04 Noyabr 2019    Oxunub:1289
Biləsuvar rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gələn 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti