Kişilər uduzdu, qadın şahmatçılarımızdan heç-heçə

Kişilər uduzdu, qadın şahmatçılarımızdan heç-heçə
  31 Oktyabr 2019    Oxunub:1638
Oktyabrın 30-da Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının 6-cı turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, qadın yığmamızın Rusiya komandası ilə qarşılaşması heç-heçə başa çatıb. Kişi şahmatçılarımız isə Almaniya yığmasına uduzublar.

Qeyd edək ki, ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar.

Altı turun yekununa görə, qadın yığmamız 9 xalla üçüncü pillədə qərarlaşıb. Kişi şahmatçılarımız isə 7 xalla onuncu yerdədirlər.

Azvision.az



Teqlər: Şahmat   Yığma  





Xəbər lenti