Sabah üç rayonda qaz olmayacaq

  30 Oktyabr 2019    Oxunub : 663
Sabah üç rayonda qaz olmayacaq
Sabah Biləsuvar, Ağstafa və Qaxın təbii qaz təchizatında fasilələr olacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, AğstafaQax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq. Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.

Azvision.az

Teqlər: Azəriqaz