“Qarabağ” “Səbail”ə qalib gəldi

“Qarabağ” “Səbail”ə qalib gəldi
  29 Oktyabr 2019    Oxunub:2021
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son oyununda lider "Qarabağ" "Səbail"i qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 86-cı dəqiqədə Qara Qarayev vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran Qurban Qurbanovun komandası turnir cədvəlində liderliyini möhkəmləndirib.

Azvision.az



Teqlər: Qarabağ   Liqa   Qələbə   Futbol  





Xəbər lenti