Millimiz qrupda birinci oldu

Millimiz qrupda birinci oldu
  27 Oktyabr 2019    Oxunub:1974
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunda son oyununu keçirib.
Azvision.az xəbər verir ki, Joze Alesio da Silvanın komandası Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma millimizin 2:0 hesablı qələbəsilə başa çatıb.

Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran Azərbaycan komandası qrupu birinci pillədə başa vurub.

Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.

Azvision.az



Teqlər: Futzal   Milli   Dünya-Çempionatı  





Xəbər lenti