Azərbaycan millisi dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi dünya çempionatına qələbə ilə başladı
  24 Oktyabr 2019    Oxunub:1572
Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinə qələbə ilə başlayıb.
Azvision.az xəbər verir ki, yığma komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb.

Görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Bolinya dubl edib, Vassura isə bir dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan futzalçıları növbəti oyunu oktyabrın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.

Azvision.az



Teqlər: Futzal   Milli   Dünya-Çempionatı  





Xəbər lenti