İtaliya klubu baş məşqçisini istefaya göndərdi

İtaliya klubu baş məşqçisini istefaya göndərdi
  22 Oktyabr 2019    Oxunub:1673
İtaliya A seriyasında mübarizə aparan "Cenoa" baş məşqçisi Aurelio Andreazolli ilə yolları ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

65 yaşlı mütəxəssis komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən istefaya göndərilib.

Qeyd edək ki, "Cenoa" hazırda A seriyasında 5 xalla 19-cu pillədə qərarlaşıb.

Azvision.az


Teqlər: Futbol  





Xəbər lenti