“Mançester Siti” və “Çelsi” qələbə qazanıb

“Mançester Siti” və “Çelsi” qələbə qazanıb
  20 Oktyabr 2019    Oxunub:1793
İngiltərə Premyer Liqasında 9-cu tura start verilib.
Azvision.az xəbər verir ki, turun ilk oyun günündə 8 görüş keçirilib.

Son çempion “Mançester Siti” səfərdə “Kristal Pelas”a qalib gəlib. Liderlər qrupunda yer alan “Lester” “Bernli”ni, “Çelsi” isə “Nyukasl”ı məğlub edib. “Tottenhem” son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, tura oktyabrın 21-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Futbol   Çelsi   Siti  





Xəbər lenti