Kamran Zeynalov Paralimpiya Oyunlarına lisenziya qazanıb

Kamran Zeynalov Paralimpiya Oyunlarına lisenziya qazanıb
  15 Oktyabr 2019    Oxunub:2013
Azərbaycan “Tokio 2020” Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.
Azvision.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və Paralimpiadaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapauerliftinqdə və Roman Saleh paraüzgüçülükdə XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.

Azvision.az


Teqlər: Paralimpiya  





Xəbər lenti