Xanım Qafarova müalicə üçün Türkiyəyə getdi
AzVision.az-a bu barədə əməkdar artist Aybəniz Haşımova məlumat verib.
Onun sözlərinə görə, X.Qafarova bu gün səhər saatlarda yola düşüb.
Qeyd edək ki, tanınmış aktrisa bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Müalicə üçün maddi vəsaiti olmadığına görə, müğənni Aybəniz Haşımova Heydər Əliyev Fonduna kömək üçün müraciət etmişdi.
X.Qafarovanın müayinə xərclərini birinci xanım, Heydər Əliiyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.
Sevinc İltifatqızı
Teqlər: