“Məktəblərin 85 faizində ərazi prinsipi tətbiq olunmur” - Rəşad Tağıyev

“Məktəblərin 85 faizində ərazi prinsipi tətbiq olunmur” -    Rəşad Tağıyev
  15 Oktyabr 2019    Oxunub:5288
Paytaxt məktəblərinin böyük əksəriyyətində, 85 faizdən çoxunda birinci sinfə qəbul zamanı ərazi prinsipi tətbiq olunmur.

Azvision.az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər (valideynin mikroərazidə daimi qeydiyyatı, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir.

R.Tağıyev qeyd edib ki, 2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib.

İdarə müdiri əlavə edib ki, 2019-cu ildə fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 23 nəfər müraciət edib. Müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinifindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır. Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: RəşadTağıyev   Məktəb  





Xəbər lenti