Neçə nəfərin elektron imzası var?

Neçə nəfərin elektron imzası var?
  11 Dekabr 2013    Oxunub:1308
Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 16 min 584 ədəd elektron rəqəmsal imza (ERİ) verilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) hesabatında deyilir ki, Azərbaycanda ERİ sahiblərinin sayı ilin əvvəlindən yeddi dəfədən çox artıb.

Noyabrda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 169 rəqəmsal imza kartı verilib. Bu, oktyabrın göstəriciləri ilə müqayisədə 63,4 faiz azdır.

Verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 12 min 232 ədəd düşüb. Hüquqi şəxslərə 704, vətəndaşlara isə 3 min 648 elektron rəqəmsal imza verilib.

Noyabrın 1-nə olan vəziyyətə görə, təsdiq edilmiş elektron xidmətlərin sayı 425 ədəd təşkil edib. Hazırda portalda 270 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında isə 448 elektron xidmət yerləşdirilib.


Teqlər:





Xəbər lenti