Piyadaları xilas etmək olmadı

Piyadaları xilas etmək olmadı
  11 Dekabr 2013    Oxunub:1603
Bakıda və Abşeron rayonunda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
AzVision.az xəbər verir ki,Bakı sakini Şahlar Ağayev idarə etdiyi “İsuzu” markalı avtomobillə paytaxtın Sabunçu rayonunun Y.Əliyev küçəsində yolu keçən Mikayıl Məhərrəmovu vurub.

Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Abşeron rayonunun Saray qəsəbəsinin sakini Kamran Kazımlı isə sürdüyü “Mercedes” markalı avtomobillə yolu keçən Fidan Əliyevanı vurub.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilsə də orada keçinib.

Tərtər rayonunun Qaraqoyunlu kəndində rayon sakinləri Mahir Əliyevin və Vəfadar Alıyevin idarə etdikləri “QAZ-2410” markalı avtomobillər toqquşub.

M.Əliyev və avtomobildəki sərnişini - Tərtər şəhər sakini Zaur Sarıyev, habelə V.Alıyev xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti