2 minə yaxın sakin mavi yanacaqla təmin edildi

2 minə yaxın sakin mavi yanacaqla təmin edildi
  11 Dekabr 2013    Oxunub:1077
Ölkədə kənd və qəsəbələrin qazlaşdırılması davam etdirilir.

Salyan rayonunun Yuxarı Noxudlu kəndinin 2 minə yaxın sakini mavi yanacaqla təmin edilib.

AzVision.az xəbər verir ki, kəndin qazlaşdırılması üçün 22 kilometr uzunluğunda orta təzyiqli paylayıcı qaz xətləri çəkilib, 205 fərdi tənzimləyici və sayğac quraşdırılmışdır. Yeni qaz təsərrüfatı birpilləli sistem üzrə quraşdırılıb ki, bu da xətlərdə orta təzyiqi sabit saxlamağa imkan verir.

Kəndə təbii qaz verilməsi münasibəti ilə təşkil olunan mərasimdə çıxış edənlər 80 minə yaxın əhalinin mavi yanacaqla təmin edildiyi, Qaracalla, Kürdqaraqaşlı, Arbatan kəndlərinin yeni yaşayış massivlərinə qaz xəttinin çəkildiyi barədə məlumat veriblər. Həmçinin rayonun qalan yaşayış məntəqələrinin də qazlaşdırılmasının davam etdiriləcəyi bildirilib.

AzərTAc


Teqlər:  





Xəbər lenti