"Qələbə qazanmağımız çox vacib idi" - Yurçeviç

"Qələbə qazanmağımız çox vacib idi" -   Yurçeviç
  10 Oktyabr 2019    Oxunub:2315
"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir"
Azvision.az xəbər verir ki, bunu Bəhreyn və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Nikola Yurçeviç deyib.

Baş məşqçi 3:2 hesabı ilə qalib gəldikləri oyun barədə təəssüratlarını bölüşüb: "Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".

Azvision.az



Teqlər: NikolaYurçeviç  





Xəbər lenti