Azərbaycan millisi Bəhreynə qalib gəldi

  09 Oktyabr 2019    Oxunub : 943
Azərbaycan millisi Bəhreynə qalib gəldi
Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşü keçirib.
Azvision.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız səfərdə Bəhreyn yığması ilə qarşılaşıb. Bəhreyn Milli Stadionunda baş tutan görüşdə Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb. Yığmamızın qollarını Rüfət Dadaşov, Təmkin Xəlilzadə və Ramil Şeydayev vurublar.

Qeyd edək ki, bunadək Azərbaycan və Bəhreyn milliləri iki dəfə üz-üzə gəliblər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

Azvision.az

Teqlər: Bəhreyn   Milli   Furfol