Samir Abasov “Zirə”dən ayrıldı

Samir Abasov “Zirə”dən ayrıldı
  08 Oktyabr 2019    Oxunub:2849
Bu gün “Zirə” klubunun rəhbərliyi ilə baş məşqçi Samir Abasov arasında görüş keçirilib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Azvision.az



Teqlər: Zirə   Klub   SamirAbasov  





Xəbər lenti