Kralın şəxsi mühafizəçisi öldürüldü

  29 Sentyabr 2019    Oxunub : 4800
Kralın şəxsi mühafizəçisi öldürüldü
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin şəxsi mühafizəçisi, ​ordu generalı Əbdüləziz bin Beddah əl-Fağım qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Məkkə polisinin açıqlamasında bildirilib ki, general ötən axşam saatlarında dostu Turki es-Sebtinin Ciddədə yerləşən evinə gedib. Orada digər dostu Memduh Əl Əli ilə aralarında münaqişə yaşanıb.

Münaqişə zəminində Əlinin atəş açması nəticəsində Fağım, Sebti və filippinli bir işçi yaralanıb. General müalicə üçün yerləşdirildiyi xəsətəxanada keçinib.

Qeyd edək ki, Memduh Əl Əli ilə onu həbs etməyə çalışan təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma olub. Bu zaman Əl Əlinin öldürüldüyü, 5 polisin isə yaralandığı bildirilir.

Azvision.az

Teqlər: Səudiyyə-Ərəbistanı