İstedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb

İstedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb
  26 Sentyabr 2019    Oxunub:2690
2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcək.

Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialının inkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Sinif  





Xəbər lenti