Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

  26 Sentyabr 2019    Oxunub : 713
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
Ümumilikdə 19 dövlət orqanında 494 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
Azvision.az DİM-in saytına istinadən xəbər verir ki, sentyabrın 26-sı saat 13:00-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1307 nəfər ərizə verib.

Qeyd edək ki, sentyabrın 17-də başlanan sənəd qəbulu oktyabrın 17-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (983 vəzifə) tərəfindən çıxarılıb.

Azvision.az

Teqlər: DİM