Bakıda yenidən tikilən və təmir olunan məktəblər

  15 Sentyabr 2019    Oxunub : 766
Bakıda yenidən tikilən və təmir olunan məktəblər
2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakıda ümumi təhsil məktəblərində aparılan təmir-tikinti işlərinə dair statistika açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində əsaslı təmir işləri (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM), 3 məktəbin (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binalarının sökülərək yenidən tikintisi, 5 məktəbin (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılıb.

Bir təhsil müəssisəsində (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub. “Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb (161 nömrəli tam orta məktəb) tikilib. Eyni zamanda Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən isə Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb tikilərək istifadəyə verilib.

Azvision.az

Teqlər: Bakı   Məktəb   Təhsil   Statistika