Vyanada magistratura imkanı

Vyanada magistratura imkanı
  07 Sentyabr 2019    Oxunub:2386
Avropanın yüksək səviyyəli texniki ixtisalarına yiyələnmək indi daha asan oldu! Artıq bunun Avropa şəhərlərinə üz tutub, yüksək məbləğdə vəsait xərcləməyə gərək yoxdur.
Avropa Qitəsinin ən qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin “Mühəndisliyin İdarə edilməsi” (“Engineering Management”) Magistratura proqramı cari ilin noyabr ayındn etibarən Bakıda fəaliyyət göstərəcəkdir. Proqramı başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin beynəlxalq səviyyədə akkreditə olunmuş və tanınmış “Master of Science” diplomuna sahib olacaqlar.

Dərslər orta hesabla ayda bir dəfə həftəsonunda keçirilən (cümə günündən çərşənbə axşamınadək) cəmi 13 moduldan ibarətdir. Beləliklə 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaqdır. Vyana və Bakıda keçirilən dərslər yalnız ingilis dilində olmaqla Avropanın ən nüfuzlu, həm akademik həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən birbaşa tədris olunacaqdır.

Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar. Müasir dövrdə sənayedəki ehtiyaca uyğun olaraq peşəkar pedaqoqlar və şirkətlər tərəfindən hazırlanmış kontente malik olan “Engineering Management” magistr proqramına qatılanlar bir çox üstünlüklərdən yararlana biləcəklər:

- Tələbələr təhsil aldıqları dövrdə Vyana Texnologiyalar Universitetinin tələbəsi olur və həmin universitetin bütün imkanlarından (tədris müddətində Avstriyada yaşamaq hüququ, universitet kampusundan, kitabxanasından faydalanmaq, universitetin məzunlar klubunun üzvü olmaq, iş axtarma icazəsini əldə etmək, iş axtarma prosesində Universitetdən köməklik almaq və s.) yaralana bilərlər.

- Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, logistika, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar.

- Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də nəhəng şirkətlərdə şöbələrin idarəçiliyi üzrə ixtisaslaşma imkanını əldə edirlər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq olunacaq, və təhsil haqqı 11.500 (on bir min beş yüz) avro səviyyəsində hesablanacaq. Təhsil müddəti 3 (üç) semestrdir və 2019-cu ilin noyabr ayından 2021-ci ilin may ayınadək davam edəcəkdir. Hər hansı bir sahədə bakalavr dərəcəsi olan, yaxud uzunmüddətli texniki və ya idari peşəkarlığa sahib olan, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs proqrama müraciət edə bilər.

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətə başlayan “Mühəndisliyin İdarə edilməsi” (“Engineering Management”) tədris proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün cari ilin 10 oktyabr tarixinədək doldurulmuş anket [email protected] email ünvanına göndərilməlidir. Qəbul üçün tələb olunan sənədlər https://engineering.tuwien.ac.at/baku_track/ saytında qeyd olunub.

İlkin yoxlanışdan sonra seçilmiş namizədlər onlayn qaydada müsahibəyə dəvət olunacaqlar. Qəbul prosesi müraciət tarixindən etibarən 3 həftə ərzində yekunlaşacaq. Proqram kefiyyətinə nəzarət məqsədilə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaqdır. Odur ki, müraciət üçün tələsin, , yerlər məhduddur!

Əlavə məlumat üçün https://cec.tuwien.ac.at/index.php?id=14681

Azvision.az


Teqlər: Vyana   Təhsil  





Xəbər lenti